
Məhkəmə Ekspertizası Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan idarəsidir.
Mərkəzin fəaliyyəti insan və vətəndaş hüquqlarınıın və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliyi və tamlığı prinsiplərinə əsaslanır.
Mərkəz Bakı şəhəri, Xaqani küçəsi, 14-ünvanında yerləşir.
Mərkəzin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri, hüquq elmləri doktoru Fuad Musa oğlu Cavadovdur.
Azərbaycanda məhkəmə ekspertizasının formalaşması və inkişafı Sovetlər dövründən başlayır. 1938-ci ilin avqust ayında Azərbaycan SSR Ədliyyə Xalq Komissarlığı nəzdində yaradılan kriminalistika kabinetində keçirilən ilk ekspertizalar qrafoloji ekspertizalardan ibarət olmuşdur. 1951-ci ilin iyun ayında SSRİ Nazirlər Sovetinin sərəncamı ilə həmin kabinet ləğv edilmiş, məhkəmə-istintaq orqanları üçün ekspertizalar Gürcüstan elmi-tədqiqat kriminalistika laboratoriyasında həyata keçirilmişdir. 1956-cı ilin iyununda Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı əsasında 3 nəfərdən ibarət ştatla Bakı elmi-tədqiqat kriminalitsika laboratoriyası yaradılmış, 1960-cı ilin dekabrında isə həmin laboratoriyanın əsasında Respublika Nazirlər Sovetinin Hüquq Komissiyası yanında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu təşkil olunmuşdur. Daha ətraflı »
(+99 412) 498-05-43
E-mail: info@expert.gov.az
Ünvan: Xəqani küçəsi 14,
AZ1000, Bakı, Azərbaycan
(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi | All Rights Reserved | created by Azerin LLC