• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsi

    Т(99412) 4930007, 4984189
    Е-mail: avto@expert.gov.az , azcrimexpert@azdata.net

    Şöbədə aşağıdakı ekspertizalar aparılır:
    - Yol-nəqliyyat hadisələri mexanizminin ekspertizası;
    - Nəqliyyat vasitələrinin detallarının ekspertizası; (metalloqrafik ekspertiza)
    - Nəqliyyat vasitələrinin izlərinin ekspertizası; (nəqliyyat-trasoloji ekspertiza)

    1. Yol-nəqliyyat hadisələri mexanizminin tədqiqi üzrə aşağıdakı suallar həll edilir:
    - nəqliyyat vasitəsinin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasının müəyyən edilməsi;
    - nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olub-olmamasının müəyyən edilməsi;
    - nəqliyyat vasitəsinin tam dayanma yolunun müəyyən edilməsi;
    - piyada hərəkətə başlayanda və ya hərəkət üçün təhlükə yaranan anda nəqliyyat vasitəsinin hadisə yerindən hansı məsafədə olmasının müəyyən edilməsi;
    - nəqliyyat vasitəsinin hadisə yerindən tam dayanma yoluna bərabər məsafədə olduğu anda piyadanın vurulma yerindən hansı məsafədə olmasının müəyyən edilməsi;
    - piyada sürücünün görünüş dairəsinə düşdüyü anda nəqliyyat vasitəsinin hadisə yerindən hansı məsafədə olmasının müəyyən edilməsi;
    - nəqliyyat vasitəsi hadisə yerindən tam dayanma yoluna bərabər məsafədə olduğu anda piyada sürücünün görünüş dairəsində olub-olmamasının müəyyən edilməsi;
    - hadisə yerində qalan tormoz izinə görə tormozlamanın əvvəlində nəqliyyat vasitəsinin hərəkət sürətinin müəyyən edilməsi;
    - sürücünün nəqliyyat vasitəsini icazə veriləndən yüksək sürətlə idarə etməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi;
    - nəqliyyat vasitəsinin faktiki hərəkət sürətinin yolun görünüş məsafəsinə uyğun olub-olmamasının müəyyən edilməsi;
    - yolayrıcında hərəkət üstünlüyünə malik olmayan nəqliyyat vasitəsi yolayrıcına girdikdə hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinin toqquşma yerindən hansı məsafədə olmasının müəyyən edilməsi;


    2. Nəqliyyat vasitələrinin detallarının tədqiqi üzrə aşağıdakı suallar həll edilir:

    - təqdim olunan maddi sübutun (metaldan hazırlanmış hər hansı hissənin) qırılma səbəbinin müəyyən edilməsi;
    - təqdim olunan maddi sübutun üzərində olan zədələrin və ya onun sınmasının hadisədən əvvəl, hadisə vaxtı və ya hadisədən sonra yaranmasının müəyyən edilməsi;
    - təqdim olunan maddi sübutun üzərində hadisənin baş verməsi ilə əlaqədar mexaniki zədələrin olub-olmaması, əgər varsa onların yaranma xarakterinin müəyyən edilməsi;
    - təqdim olunan avtomobil elektrik lampasının şüşə kolbası sındığı anda həmin lampanın yanılı olub-olmamasının müəyyən edilməsi;


    3. Nəqliyyat vasitələrinin izlərinin tədqiqi üzrə aşağıdakı suallar həll edilir:

    - təqdim edilən məlumatlara əsasən nəqliyyat vasitələrinin toqquşma yerinin müəyyən edilməsi;
    - hadisə yerində qalan təkər izlərinin xarakterinin (diyirlənmə, tormoz izi, yana sürüşmə zamanı qalan izlər) müəyyən edilməsi;
    - nəqliyyat vasitələri üzərində olan zədə və izlərin yaranma xarakterinin, deformasiyanın istiqamətinin, ilkin kontakt sahəsinin, ilkin kontakt anında nəqliyyat vasitələrinin yola və mərkəz oxlarına nəzərən hansı bucaq altında toqquşmasının müəyyən edilməsi;
    - nəqliyyat vasitələrinin hadisədən əvvəl və sonra hərəkət istiqamətləri və trayektoriyalarının, toqquşma anında dayanmış vəziyyətdə olub olmamasının müəyyən edilməsi;
    - hadisə yerində qalan izlərə, tökülən hissələrə, nəqliyyat vasitələri üzərindəki zədələrə əsasən sürücünün göstərdiyi hadisə mexanizminin real hadisə mexanizminə uyğun olub-olmamasının müəyyən edilməsi;
    - şin və kamerada olan zədələrin xarakterinin (deşilmə, kəsilmə, cırılma, partlama), həmin zədələrin hadisədən əvvəl, hadisə zamanı yaxud hadisədən sonra yaranmasının müəyyən edilməsi;
    - tormoz şlanqında və ya borusunda olan zədələrin yaranma xarakterinin, onun hadisədən əvvəl, hadisə zamanı, yaxud hadisədən sonra yaranmasının müəyyən edilməsi, həmin zədələrin yarandığı sahədə kənar qüvvənin təsirində yarana bilən izlərin olub-olmaması;
    - məhkəmə-tibbi rəydə göstərilən bədən xəsarətləri və nəqliyyat vasitələrinin zədələrinə əsasən salonda olan şəxslərdən hansının hadisə vaxtı sükan arxasında olmasının müəyyən edilməsi.

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC