• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Sənədlərin texniki ekspertizası şöbəsi

    Тel.: (99412) 4980927, 4935590
    Е-mail: sanad@expert.gov.az, azcrimexpert@azdata.net

    Şöbədə aşağıdakı ekspertizalar aparılır:

    - sənədlərin məhkəmə-texniki ekspertizası;
    - məhkəmə-kompyuter-texniki ekspertizası;
    - əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası;
    - kontrafakt məhsulların məhkəmə ekspertizası;


    1. Sənədlərin məhkəmə-texniki ekspertizası.

    Onun tədqiqat növləri:
    - Sənədlərin blanklarının tədqiqatı.
    - Möhür, ştamp və ştempellərin tədqiqatı.
    - Elektron hesablama maşınlarının çap məhsullarının tədqiqatı.
    - Makina yazılarının tədqiqatı.
    - Sənədlərin əvvəlki məzmunlarının dəyişdirilmə faktının tədqiqatı.
    - Sənədlərin görünməyən mətnlərinin tədqiqatı.
    - Zədələnmiş (kəsilmiş, yanmış və s.) sənədlərin tədqiqatı.
    - İmzaların texniki saxtalaşdırılmasının müəyyən edilməsi tədqiqatı.
    - Pul və qiymətli kağızların tədqiqatı.
    - Təkrar yapışdırmanın tədqiqatı.
    - Kassa qəbzlərinin tədqiqatı.
    - Komposter işarələrinin tədqiqatı.
    - Sənədlərin materiallarının tədqiqatı.
    - Sənədin hissələrinin xronoloji ardıcıllığının və hazırlanma vaxtının tədqiqatı.
    - Yazı alətinin tədqiqatı.

    Bu ekspertizanın tədqiqat obyektləri:

    - Sənədin materialları, yəni sənədin əsası (ən çox kağız), cizgilərin maddələri (mürəkkəb, karandaş, tuş, köçürmə kağızının boyası, ştempel boyası, mətbəə boyası, rəsm boyaları, diyircəkli qələm pastaları), yapışdırıcı maddələr;
    - sənədin məzmunu, mətni daxil olmaqla (bura sənədin adı, sayı və tarixi daxildir), imzalar, möhür və ştamp əksləri, qeydlər, işarələr;
    - sənədin hazırlanmasında iştirak edən iz yaradan səthlər (mətbəə dəsti, qələm ucları, diyircəkli qələmlər, karandaşlar, kassa aparatları, komposterlər və s.).


    2. Məhkəmə-fototexniki ekspertizası.

    Onun tədqiqat obyektləri:

    Fotoqrafik əkslərin eyniləşdirici və qeyri-eyniləşdirici tədqiqatları. Bu aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
    - şəkilçəkən aparatların eyniləşdirlməsi;
    - pozitivə əsasən neqativlərin eyniləşdirilməsi;
    - şəkillərdə əks olunmuş predmetlərin, binaların, yerlərin eyniləşdirilməsi;
    - şəkillərdə əks olunmuş predmetlərin ölçülərinin və onların arasındakı məsafənin müəyyən edilməsi;
    - şəklin çəkilməsi şəraitinə aid olan halların (təbii, süni işıq, obyektivin tipik normal, geniş bucaqlı teleobyektiv, reproduksiya və ya naturadan çəkmə və s.) müəyyən edilməsi;
    - şəklin hazırlanması üsulunun müəyyən edilməsi (fotoqrafiya texnologiyası qaydalarına riayət edilməsi, fotomontajdan istifadə edilməsi və s.).

    Fotorqrafik materialların eyniləşdirici və qeyri-eyniləşdirci tədqiqatı. Bu aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
    - işığa həssas materialın tipinin müəyyən edilməsi;
    - müqayisə edilən işığa həssas materialların eyniliyinin müəyyən edilməsi;
    - işıqlandırılmış (pis görünən) əkslərin bərpa edilməsi;
    - qeyri-şəffaf ləkələrlə örtülmüş əksin bərpa edilməsi;
    - fotoşəklin hazırlanması vaxtının (müddətinin) müəyyən edilməsi.


    3. Məhkəmə kompüter-texniki ekspertizası.

    Onun tədqiqat obyektləri:

    - avtomatlaşdırma vasitələrindən (hesablayıcı sistemlər, mə’lumatların ötürmə və informasiyanın surətçıxarma vasitələri) istifadə etməklə hazırlanmış mətn və qrafik sənədləri;
    - EHM-ın fəaliyyəti üçün vacib olan proqramlar və əlavə kompüter informasiyaları;
    - multimediya formatında verilmiş video və audio yazılar, vizual və audial infor­masiyalar;
    - avtomatlaşdırılmış saxlanmanı, axtarışı və ötürülməni (məlumat bazası) təmin edən formatda verilmiş kompüter mə’lumatları;
    - müxtəlif təbiətli fiziki informasiya daşıyıcıları (maqnit, maqnitooptik, optik və s.).

    Kompüter-texniki ekspertizasının köməyi ilə aşağıdakı məsələlər həll oluna bilər:
    - fiziki daşıyıcılarda, həmçinin qeyri-mətn formasında olan informasiyanın bütün və yaxud bir hissəsinin yenidən oxunması və çapı;
    - əvvəllər fiziki daşıyıcılarda olan və sonradan müxtəlif səbəblərdən pozulmuş və yaxud dəyişdirilmiş informasiyanın bərpası;
    - bu və yaxud digər informasiyanın daxil edilmə, dəyişdirilmə, məhv edilmə, yaxud su­rətinin çıxarılma vaxtının müəyyən edilməsi;
    - kodlaşmış informasiyanın şifrinin açılması, parolun seçilməsi və informasiy­anın mühafizə sisteminin açılması;
    - sənədlərin (faylın, proqramların) müəllifinin, yerinin, hazırlanma vasitələrinin üsullarının müəyyən edilməsi;
    - avtomatlaşmış informasiya sistemlərin proqram-aparat kompleksinin texniki və­ziyyətinin saz olmasının, onların konkret istifadəçi üçün uyğunlaşdırılması imkanları­nın müəyyən edilməsi.


    4. Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası.

    Onun tədqiqat obyektləri:

    - yazılı (əlyazması, makina yazısı, not yazısı və s.);
    - səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s);
    - təsviri (rəsm, eskiz, şəkil, cizgi, kino, tele, video yaxud fotokadr və s.);
    - həcmli-fəzavi (heykəl, model, maket, tikili və s.).

    Əqli mülkiyyət obyektlərinin ekspertizasının köməyi ilə aşağıdakı məsələlər həll oluna bilər:
    -yuxarıda göstərilən obyektlər üzrə müəlliflik hüququnun hansı fiziki və ya hüquqi şəxsə mənsub olmasının müəyyən edilməsi;
    -əqli mülkiyyət hüququnun pozulma faktının müəyyən edilməsi;


    5. Kontrafakt məhsulların məhkəmə ekspertizası.

    Onun tədqiqat obyektləri - kontrafakt məhsullardır.

    Kontrafakt məhsul - istehlakçıları aldatmaq məqsədi ilə məhşur firmaların və əmtəələrin işarələrindən və ya onun hissələrindən (əmtəə nişanları, firma adları və s.) qanunsuz istifadə olunan məhsulardır.

    Kontrafakt məhsulların məhkəmə ekspertizası aşağıdakı məsələlər həll oluna bilər:
    -kontrafakt məhsulların xarici əlamətlərinin müəyyən edilməsi;
    -informasiya–proqram məhsulların strukturunda, məzmununda, istehlakçı xassələrində kontrafaktlıq əlamətlərinin müəyyən edilməsi.

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC