• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Psixoloji ekspertiza şöbəsi

    Tel.: (99412)493-99-86,4987232
    E-MAIL: psixol@expert.gov.az,  azcrimexpert@azdata.net

    Məhkəmə-psixoloji ekspertizası həm cinayət, həm də mülki işlər üzrə xüsusi psixoloji biliklərin tətbiq olunması ilə həyata keçirilir. Məhkəmə-psixoloji ekspertizasının əsas vəzifəsi şəxsin idrak proseslərinin, emosional-iradi sferasının və fərdi-psixi xüsusiyyətlərinin öyrənilməsi, bunun cinayət əməlini törədən şəxsin, zərərçəkmişin, şahidin və başqa şəxslərin davranışına təsirini müəyyən etməkdən ibarətdir.
    II. Məhkəmə-psixoloji ekspertizası tədqiqatının predmetini şəxsin (şübhəli şəxsin və ya təqsirləndirilənin, zərərçəkmişin, şahidin və s.) iş üçün hüquqi əhəmiyyət kəsb edən konkret psixi prosesləri, halları və xüsusiyyətlərinin öyrənilməsi təşkil edir. Məhkəmə-psixoloji ekspertizası tədqiqatının obyekti isə psixi cəhətdən sağlam şəxsin işlə bağlı hüquqi əhəmiyyət kəsb edən şəraitdəki psixi fəaliyyətindən ibarətdir. Ekspert tədqiqatı zamanı müayinənin mərkəzində ekspertizadan keçiriləcək insanın şəxsiyyəti durur.
    III. Psixologiya elminin müasir inkişaf səviyyəsinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aşağıdakı məsələlər aid edilir:
    - şəxsin öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini anlamaq qabiliyyətinin psixi xəstəliklə bağlı olmadığı halda müəyyən edilməsi;
    - əqli inkişafdan geri qalma və ya ləngimə məsələlərinin müəyyənləşdirilməsi;
    - şəxsin iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinin müəyyənləşdirilməsi;
    - baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamar, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinin öyrənilməsi;
    - zərərçəkmişin hərəkəti nəticəsində təqsirləndirilən şəxsdə fizioloji affektin və ya qeyri-patoloji emosional halların (depressiya, emosional stress, frustrasiya və b.) yaranmasını müəyyənləşdirmək;
    - şəxsin idrak proseslərinin və fərdi-psixi xüsusiyyətlərinin müəyyən edilməsi;
    - ölümündən əvvəl suisidentin (özünüöldürənin) davranışına təsir etmiş psixoloji amillərin və onun hadisədən əvvəlki dövrdə psixi-emosional vəziyyətinin müəyyən edilməsi;
    - cinayətkar qrupun qeyri-formal strukturunun və qrup üzvlərinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi;
    - şəxsə dəyən mənəvi ziyanın - mənəvi-psixi sarsıntının müəyyən edilməsi;
    - ailədaxili qarşılıqlı münasibətlərin və ailə şəraitinin, eyni zamanda valideynlərin fərdi-psixi xüsusiyyətlərinin uşağın psixi inkişafına və emosional-iradi sferasına təsirinin müəyyən edilməsi;
    - natamam ailədə uşaqların konkret şəxslər (ata, ana və b.) tərəfindən tərbiyyə olunması imkanlarının müəyyən edilməsi
     

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC