• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Mühəndis-texniki ekspertizalar şöbəsi

     

    Т(99412) 493-69-08, 498-52-83,
    E-mail: tikinti@expert.gov.az , azcrimexpert@azdata.net
    Şöbədə aşağıdakı ekspertizalar aparılır:
    -məhkəmə-tikinti-texniki ekspertizası;
    - məhkəmə-təhlükəsizlik texnikası ekspertizası;
    - məhkəmə-yanğın-texniki ekspertizası;
    - məhkəmə-dəmiryol-texniki ekspertizası;


    1. Məhkəmə-tikinti-texniki ekspertiza tədqiqatı həm cinayət işləri üzrə, həm də mülki işlər üzrə keçirilməklə aşağıdakı məsələləri həll edir:

    a) Cinayət işləri üzrə:
    - yerinə yetirilmiş təmir və tikinti-quraşdırma işlərinin faktiki həcmi və keçirilmiş nəzarət ölçülərinin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu;
    - təmir və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi ilə əlaqədar, tikinti materialları silgisinin normativ sənədlərlə uyğynluğunun yoxlanılması;
    - baş vermiş hadisənin (uçma-dağılma və s.) texniki səbəblərinin müəyyən olunması;
    - tikintinin aparılmasına dair layihə-smeta sənədlərinin tərtibinin düzgünlüyünün yoxlanılması.

    b) Mülki işlər üzrə:
    - yaşayış və həyətyanı tikililər nəzərə alınmaqla evlərin dəyərinin müəyyənləşdiriliməsi;
    - yaşayış evlərinin (mülklərin) paylar üzrə texniki cəhətdən bölünməsi;
    - yaşayış evlərinin aşınma dərəcəsinin müəyyən olunması;
    - evlərin bölgüsü ilə əlaqədar həyətyanı torpaq sahəsindən istifadə qaydalarının müəyyən olunması;
    - evlərin yaşayış üçün yararlı olub-olmamasının müəyyən olunması;
    - yaşayış evlərinin bir-birindən təcrid olunmasının texniki cəhətdən mümkünlüyü.


    2. Məhkəmə təhlükəsizlik texnikası ekspretizası:
    - baş vermiş bədbəxt hadisənin texniki səbəblərinin müəyyən olunması;
    - baş vermiş bədbəxt hadisə ilə əlaqədar təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinin pozulması hallarının müəyyən olunması;
    - baş vermiş bədbəxt hadisə ilə əlaqədar yol vermiş normativ pozuntulara görə məsul olan şəxslərin dairəsinin müəyyən olunması.


    3. Məhkəmə yanğın-texniki ekspertizası:
    - baş vermiş yanğın hadisəsinin mənbəyinin müəyyən olunması;
    - yanğının yayılma ardıcıllığının (yayılmam yollarının) müəyyən olunması;
    - yanğının baş verməsinin səbəbi;
    - obyektdə olan yanğın-texniki inventarların vəziyyətinin mövcud qaydalara uyğunluğunun müəyyən olunması.


    4. Məhkəmə dəmiryol-texniki ekspertizası:
    - baş vermiş dəmiryol hadisəsinin səbəbi və təsnifi ilə əlaqədar olan məsələlər;
    - hərəkətin təhlükəsizliyi ilə əlaqədar olan məsələlər;
    - qatarların yoldan çıxması, yükləmə-boşalma işlərinin pozulması, qatarların düzgün tərtib olunması, dəmiryol qurğularının nasazlığı ilə əlaqədar olan məsələlər;
    - qatarların müxtəlif növ maneələrlə toqquşması ilə əlaqədar olan məsələlər.

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC