• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Əlyazmalar və səslərin ekspertizaları şöbəsi

    Тel.: (99412) 5985364, 5985384, 5980960
    Е-mail: xatt@expert.gov.az , azcrimexpert@azdata.net


    Şöbədə aşağıdakı ekspertizalar aparılır:
    - məhkəmə-xətşünaslıq ekspertizası;
    - məhkəmə-müəllifşünaslıq ekspertizası;
    - məhkəmə-fonoskopik ekspertizası;
    - məhkəmə-sənətşünaslıq ekspertizası.


    1. Məhkəmə-xətşünaslıq ekspertizası eyniləşdirici və eyniləşdirici olmayan məsələlərin həlli üçün xətt və imzaların tədqiqatı məqsədi ilə aparılır.
    Eyniləşdirici məsələlər: mətnin və ya imzanın icraçısının müəyyən edilməsi, müxtəlif mətnlərin, mətnin ayrı-ayrı fraqmentlərinin, imzaların, mətn və imzaların eyni şəxs tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi.
    Eyniləşdirici olmayan məsələlər: yazının xarici şəraitinin müəyyən edilməsi, əlyazmanın (imzanın) icraçısının daxili vəziyyətinin müəyyən edilməsi, əlyazmanın icraçısının cinsi mənsubiyyətinin müəyyən edilməsi və s.

    2. Məhkəmə-müəllifşünaslıq ekspertizası eyniləşdirici və eyniləşdirici olmayan məsələlərin həlli üçün müxtəlif sənədlərin (əlyazma, makina yazıları) tədqiqatı məqsədilə aparılır.
    Eyniləşdirici məsələlər: sənədi tərtib edən müəllifin müəyyən edilməsi, müxtəlif sənədlərin eyni şəxs tərəfindən tərtib edilməsi faktının müəyyən edilməsi.
    Eyniləşdirici olmayan məsələlər: sənədin müəllifinin sosial-bioqrafik portretinin müəyyən edilməsi (ana dilinin, dil vərdişinin formalaşdığı yerin, savad səviyyəsinin), yazı nitqinin qəsdən dəyişdirilməsi faktının müəyyən edilməsi, sənəd müəllifinin qeyri-adi psixofizioloji vəziyyətinin müəyyən edilməsi və s.

    3. Məhkəmə-fonoskopik ekspertizası eyniləşdirici və eyniləşdirci olmayan məsələlərin həlli üçün audio və video yazılarının tədqiqatı məqsədilə aparılır.
    Eyniləşdirici məsələlər: fonoqrama yazılmış şifahi nitqin müəyyən şəxsə (şəxslərə) aid olub-olmamasının müəyyən edilməsi.
    Eyniləşdirici olmayan məsələlər: fonoqrama yazılmış söhbətdə iştirak edən şəxslərin sayının, təqdim olunan fonoqramın əsli və surəti olub-olmamasının, fonoqramın yazıldığı səsyazma qurğusunun növünün və markasının, fonoqram yazısının xarici şəraitinin fonoqrama yazılmış söhbət iştirakçılarının sosial-bioqrafik portetinin və daxili vəziyyətinin, fonoqramda montajın olub-olmamasının müəyyən edilməsi və s.

    4. Məhkəmə-sənətşünaslıq ekspertizası videofilmlərin, çap əsərlərinin, rəsm əsərlərinin pornoqrafik və ya erotik xarakterli olub-olmamasının müəyyənləşdirmək məqsədilə aparılır.
     

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC