Т (99412) 4935398, 4985171
Е-mail: fizik@expert.gov.az , azcrimexpert@azdata.net
Şöbədə aşağıdakı ekspertizalar aparılır:
- Lak-boya materialları və örtüklərinin;
- neft məhsulları və yanacaq-sürtgü materiallarının;
- lifli materiallar və onlardan hazırlanmış məmulatların;
- şüşə və şüşədən hazırlanmış məmulatların;
- plastmasların, rezinlərin və onlardan hazırlanmış məmulatların;
- metalların, ərintilərin və onlardan hazırlanmış məmulatların;
- narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların, əczaçılıq preparatlarının;
- güclü təsiredici, zərərli, qıcıqlandırıcı təsirli zəhərli maddələrin;
- spirttərkibli mayelərin.
Lak-boya materialları və örtüklərinin kriminalistik ekspertizası aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
- lak-boya materiallarının və örtüklərinin hansı növ, markaya aid olub olmamasını;
- Müqayisə edilən lak-boya materialları və örtüklərinin eyni mənbədən olub olmamasını;
- obyektin zavod və ya kustar üsulla rənglənməsini.
Neft məhsulları və yanacaq-sürtgü materiallarının kriminalistik ekspertizası aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
- Obyektlər üzərində neft məhsulları və yanacaq sürtgü materiallarının izlərinin müəyyən edilməsi;
- Neft məhsulları və yanacaq-sürtgü məhsullarının hansı növə (çeşidə, mal markasına) aid olub olmamasını.
Lifli materiallar və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizası aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
- Obyektlər üzərində kənar lif mikrohissəciklərinin cins və qrup mənsubiyyətinin müəyyənləşdirilməsi;
- Müqayisəli obyektlərin lif mikrohissəciklərinə görə qarşılıqlı təmasda olmasının müəyyənləşdirilməsi;
- Müxtəlif növ obyektlərlə lif təbiətli obyetlərin qarşılıqlı təmasda olmasının müəyyənləşdirilməsi.
Şüşə və şüşədən hazırlanmış məmulatların kriminalistik ekspertizası aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
- Şüşələrin hansı növə (çeşidə, markaya və.s) aid olması
- Şüşələrin tədbiq sahələri
- Müqayisə olunan şüşə hissəciklərinin eyni mənbəli olub olmamasının müəyənləşdirilməsi
Plastmas, rezin və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizası aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
- Materialların polimer materialının (rezin, plastmas, mina və s.) təyini
- Materialların bir- birinin davamını təşkil etməsinin, eyni mənbəli olmasıının təyini
Metalların, ərintilərin və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizası aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
- Maddələrin metallara aid olub olmamasının təyini
- Hansı növ, qrupa aid olmasının müəyyənləşdirilməsi
- Müqayisə olunan maddələrin eyni mənbəli olmasının müəyyənləşdirilməsi
Narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların, əczaçılıq preparatlarının kriminalistik ekspertizası aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
- Maddələrin narkotik vasitələrə, psixotrop maddələrə, prekursorlara, dərman preparatlarına aid olub olmamasının müəyyənləşdirilməsi
- Maddələrin zavod və ya kustar üsulla hazırlanmasının müəyyənləşdirilməsi
- Maddələrin eyni mənbəli olub olmamasının müəyyənləşdirilməsi
Güclü təsiredici, zərərli, qıcıqlandırıcı təsirli zəhərli maddələrin kriminalistik ekspertizası aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
- Maddələrin güclü təsiredici, zərərli, qıcıqlandırıcı təsirli maddələrə aid olmasının müəyyənləşdirilməsi
- Müxtəlif maddələrin tərkibində, əşyaların üzərindəki izlərin güclü təsiredici, zərərli, qıcıqlandırıcı təsirli maddələrə aid olmasının müəyyənləşdirilməsi
- Müqayisə olunan maddələrin ümumi mənşəyə aid olmasının müəyyənləşdirilməsi
Spirttərkibli mayelərin kriminalistik ekspertizası aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
- Spirttərkibli mayelərin hansı növə, çeşidə aid olmasının müəyyənləşdirilməsi
-Müqayisə olunan spirttərkibli mayelərin eyni mənbəli olub olmamasının müəyyənləşdirilməsi
- Zavod və ya kustar üsulla hazırlanmasının müəyyənləşdirilməsi .
(+99 412) 498-05-43
E-mail: info@expert.gov.az
Ünvan: Xəqani küçəsi 14,
AZ1000, Bakı, Azərbaycan
(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi | All Rights Reserved | created by Azerin LLC