• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Bioloji ekspertizalar şöbəsi

    Tel: (99412) 498-53-71, 493-76-03, 498-06-93
    Е-mail: bioloq@expert.gov.az , azcrimexpert@azdata.net

    Bioloji ekspertizalar şöbəsində aşağıdakı ekspertiza növləri icra olunur;
    -bitki mənşəli obyektlər;
    -bitki mənşəli narkotik vasitələr;
    -torpaqşunaslıq;
    -heyvan mənşəli obyektlər;
    -ekoloji;
    -baytarlıq;
    -yeyinti məhsullarının ekspertizası.

    Bitki mənşəli obyektlərin tədqiqi zamanı təqdim edilən bitgi və onun hissəciklərinin hansı bitkiyə məxsus olması, növü, eyni və ya fərqli olması müəyyən edilir.
    Bitgi mənşəli narkotik vasitələrdə isə qeyd edilənlərdən başqa bitginin narkotik tərkibli olub-olmaması, çəkisini, tərkibində hansı və nə qədər narkotik vasitə olması və s.tədqiq edilir.
    Torpaqşunaslıq ekspertizası zamanı obyektdə torpaq hissəciklərinin olub-olmaması, onun cinsi, qrupu, eyni olub-olmaması tədqiq edilir.
    Heyvan mənşəli obyektlərin tədqiqi zamanı onların müxtəlif bədən üzvləri, tük, lələk, dəri, peyin və digər hissəciklərə görə heyvan və quşun növünü, cinsini, eyniliyi məsələləri həll edilir.
    Baytarlıq ekspertizası heyvan nə quşların xəstəliyi, ölümünün diaqnozu, onların yoluxucu xəstəlikdən, zəhərlənmədən olub-olmaması və s.məsələləri tədqiq edir.
    Yeyinti məhsullarının keyfiyyətinin ekspertizası aparılır.Buraya ət, süd, balıq, quş, bal və digər növ yeyinti məhsulları aiddir,Tədqiqat zamanı onların keyfiyyət göstəriciləri, insan qidası üçün yararlı olub-olmaması, zavod nə yaxud kustar üsulla hazırlanması, standart və sanitariya tələbatına uyğunluğu tədqiq edilir.Bundan başqa onların tərkibinin saxtalaşdırılması, heyvan əti növlərinin fərqləndirilməsi (qaramal, camış, at, eşşək, qoyun, keçi, it əti və s.), ölmüş, xəstə və ya sağlam kəsilmiş heyvan əti olması müəyyən edilir.
    Bunlardan başqa şöbədə aşağıdakı məsləhətlər verə bilər;
    -Quşçuluq və heyvandarlıq təsərrüfatlarında baytarlıq-sanitariya tədbirlərinin təşkili;
    -Quş və heyvanların saxlanması, qulluq edilməsi və yemləndirilməsinin təşkili;
    -Yüksək keyfiyyətli kolbasa istehsalı texnologiyasının öyrədilməsi;
    -Balın və digər yeyinti məhsullarının təbii və süni olmasının müəyyən edilməsi.
     

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC