Tel.: (+99412) 4931676 / 5985302 / 5985206 / 5988165 / 4933552
E-mail: ballist@expert.gov.az, azcrimexpert@azdata.net
Şöbədə aşağıdakı ekspertizalar aparılır:
- məhkəmə-ballistik tədqiqatlar;
- kriminalistik-partlayış-texniki tədqiqatlar;
- məhkəmə-trasoloji tədqiqatlar;
- məhkəmə-portret tədqiqatları;
- nəqliyyat vasitələrinin kriminalistik tədqiqatları.
Məhkəmə-ballistik tədqiqatlar sahəsində:
- atılan mərmi və gilizə görə silahın növünün müəyyənləşdirilməsi;
- atılan mərmi və gilizə görə silahın identifikasiyası;
- atəşin məsafəsinin təyini;
- atəş anında silahla zərərəkmişin qarşılıqlı yerləşmə vəziyyətinin müəyyənləşdirilməsi;
- odlu silahın texniki vəziyyətinin müəyyənləşdirilməsi;
- döyüş sursatı və atəş izlərinin tədqiqi.
Kriminalistik-partlayış-texniki tədqiqatlar sahəsində:
- ştat döyüş sursatlarının tədqiqi;
- əldəqayrılma partlayıcı qurğuların tədqiqi;
- partlayıcı qurğuların elementlərinin tədqiqi;
- partlayış nəticəsində ayrılmış hissələr və qəlpələrin tədqiqi;
- partlayıcı qurğuların partlayış gücünün təyini;
- pirotexnik vasitələrin tədqiqi.
Məhkəmə-trasoloji tədqiqatlar sahəsində:
- daktiloskopik ekspertiza;
- insan izlərinin ekspertizaları;
- heyvan izlərinin ekspertizaları;
- alət və vasitələrin ekspertizaları;
- bağlayıcı və qoruyucu qurğuların ekspertizası;
- geyim əşyaları üzərindəki zədələrin ekspertizası;
- soyuq silahların ekspertizası.
Nəqliyyat vasitələrinin kriminalistik tədqiqatı sahəsində:
- avtonəqliyyat vasitələrinin zavod nişanlarının ilkin məzmununun bərpası;
- avtomobillərin buraxılış ilinin müəyyənləşdirilməsi;
- avtonəqliyyat vasitələrin təkər izlərinin tədqiqi;
- avtonəqliyyat vasitələrin işıqlandırma və işıq siqnal cihazlarının işıq səpələyicilərinin qırıntılarının tədqiqi.
Məhkəmə-portret tədqiqatları sahəsində fototəsvirlərə görə insanın eyniləşdirilməsi ekspertizası aparılır.
(+99 412) 498-05-43
E-mail: info@expert.gov.az
Ünvan: Xəqani küçəsi 14,
AZ1000, Bakı, Azərbaycan
(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi | All Rights Reserved | created by Azerin LLC