• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Kriminalistikada Və Məhkəmə Ekspertizasinda Qeyri-Ənənəvi Tədqiqat Metodlarinin Tətbiqinin Nəzəri Əsaslari

    «Qeyri-ənənəvi tədqiqat metodları»nın anlayışı kriminalistikada və məhkəmə ekspertizasında indiyə qədər müəyyənləşdirilməmişdir. cinayətlərin araşdırılması praktikası göstərir ki, bu metodlara getdikcə daha çox müraciət olunur, bu isə öz növbəsində «qeyri-ənənəvi tədqiqat metodları»nın anlayışının, kriminalistika və məhkəmə ekspertizası üçün əhəmiyyətinin müəyyənləşdirilməsi, bu metodların sistemləşdirilməsi zərurətini yaradır.

    Qeyd olunan terminoloji birləşmənin elementlərinin məna yükünü üzə çıxaran bütün tərif və şərhləri nəzərə alaraq, fikrimizcə, kriminalistikada və məhkəmə ekspertizasında qeyri-ənənəvi tədqiqat metodlarını cinayətin araşdırılmasının ayrı-ayrı mərhələlərində, bəzi istintaq şəraitlərində rast gəlinən məsələlərin həllində tətbiq olunan, praktikada daimi və işçi kimi qəbul edilməyən metodlar kimi müəyyənləşdirmək olar.

    Kriminalistikada və məhkəmə ekspertizasında qeyri-ənənəvi tədqiqat metodlarının anlayışının tam və dəqiq mənasını açmaq üçün onların əlamətləri müəyyənləşdirilməli və seçilməlidir.

    cinayətlərin araşdırılması zamanı tətbiq olunan qeyri-ənənəvi tədqiqat metodlarının istifadə olunmasının nəzəri əsaslarının öyrənilməsi göstərir ki, araşdırılan iş üzrə bu dərk etmə üsulu ümumi təfəkkür nəzəriyyəsinə əsaslanır. Baxılan bu konkret metodlara qnoseologiya nəzəriyyəsinin müddəaları heç bir istisna olmadan tətbiq oluna biləndir. Qeyri-ənənəvi tədqiqat metodlarının istifadə olunması zamanı təfəkkür prosesi, bu prosesə daxil olan bütün hərəkətlərin aparılmasını nəzərdə tutur. Hər bir konkret metodun istifadəsi zamanı həm ümumelmi (analiz, sintez və s.), həm də xüsusi elmi (eyniləşdirmə, eksperiment və s.) təfəkkür və tədqiqat metodları tətbiq oluna bilər. Baxılan problemin xarakterik cəhəti ondan ibarətdir ki, burada əsas yeri çox az istifadə olunan (və ya yeni olan), qeyri-standart, xüsusi təfəkkür üsulları və qaydaları daha çox əhəmiyyət kəsb edir ki, tətbiq olunan tədqiqat metodunun qeyri-ənənəviliyini də məhz bunlar müyyən edir.

    Qeyd olunan bu metodlar qrupunun tətbiq olunduğu prosesin spesifikliyini nəzərə alaraq məsələnin hüquqi aspektlərinin araşdırılmasının da xüsusi əhəmiyyət kəsb etdiyini düşünmək çətin deyildir.

    Krimnalistikada və məhkəmə ekspertizasında qeyri-ənənəvi tədqiqat metodlarının tətbiqinin hüquqi tənzimlənməsini xarakterizə edən əsas cəhət odur ki, burada tətbiq olunma prosesinin subyektini təlimatlandıran dəqiq qaydalar mövcud deyildir ki, bu da tətbiq olunan metodun qeyri-ənənəviliyi, yeniliyi ilə şərtləndirilir.

    Elmi ədəbiyyatda kriimnalistikada və məhkəmə ekspertizasında qeyri-ənənəvi tədqiqat metodlarının tətbiqi prosesiinint subyektlərinin fəaliyyətinin hüquqi tənzimlənməsinin ümumi müddəaları kifayət qədər tədqiq edilmişdir, lakin onların fəaliyyətinin daha dəqiq istiqamətləndirilməsi üçün qeyri-ənənəvi tədqiqat metodlarının növləri, onların təsnifləşdirilməsinə aid olan məsələlər tədqiq olunmalıdır.


    Hamlet Musayev
     

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC