• ÜMUMİ MƏLUMAT
  • TARİX
  • STRUKTUR
  • ELMİ MƏQALƏLƏR
  • QANUNVERCİLİK
  • MƏKTUB YAZMAQ
    Azerbaycan dili English Русский язык
  • Ana səhifə
    Хəbərlər
    Аrxiv
    Sual-cavab
    Saytın xəritəsi
    Qəbul günləri
    Əlaqə
    .
  • Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun direktorları haqqında məlumat

    Firudin Eynulla oğlu Davudov

    1926-cı ildə anadan olmuşdur. 1944-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və II kursdan təhsilini Leninqrad Dövlət Universitetində davam etdirərək oranı müvəffəqiyyətlə bitirmişdir.

    SSRİ Elmlər Akademiyasının Hüquq İnstitutunun aspiranturasaında təhsilini davam etdirmiş və 1955-ci ildə hüqüq elmləri namizədi alimlik dərəcəsi almışdır. Bakı Elmi-Tədqiqat Kriminalistika Laboratoriyasının yaradıcısı olan F.E.Davudovun gərgin əməyi sayəsində bu laboratoriya sonralar İnstituta √ mükəmməl bir elm ocağına çevrilmişdir.

    O, uzun illər Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun direktoru olmuş, ölkəmiz üçün böyük mütəxəssis qrupu yaratmış, kriminalistika elminin inkişafına dəyərli töhfələr vermişdir.

    Görkəmli alim, kriminalist, İnstitutun banisi və fasiləsiz rəhbəri hüquq elmləri doktoru, professor F.Davudov 1983-cü ildə 57 yaşında ikən avtomobil qəzası nəticəsində vəfat etmişdir.

    ___________________________________________________________________

    İdris Əli oğlu Əliyev

    15 may 1940-cı ildə anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1965-68-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda başlamış, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ETL müdiri və respublikanın rayon, şəhər məhkəmələrində hakim və məhkəmə sədri vəzifələrində işləmişdir.

    1983-92-ci illərdə Azərb.ETMEİ-in direktoru olmuşdur.

    Hüquq elmləri doktoru, professor İ.Ə.Əliyev 1994-cü ildə vəfat etmişdir.

    ___________________________________________________________________

    İlham Məmmədhəsən oğlu Rəhimov

    14 yanvar 1951-ci ildə anadan olmuşdur. 1975-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1975-78-ci illərdə Leninqrad Dövlət Universitetinin aspirant‹ olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi başlamış, uzun müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsində işləmişdir.

    Hüquq elmləri doktoru, professordur. İki monoqrafiya və 40 elmi məqalə müəllifidir.

    ___________________________________________________________________

    Fuad Musa oğlu Cavadov

    10 fevral 1957-ci ildə anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda başlamış, 1982-85-ci illərdə isə aspiranturada oxumuşdur. 1986-cı ildə hüquq elmləri namizədi alimlik dərəcəsini müdafiə edərək elmi və pedaqoji fəaliyyətlə məşğul olmuş və Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasında elmi işlər üzrə rəis müavini vəzifəsində işləmişdir.

    1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət və Hüquq şöbəsində böyük məsləhətçi olmuşdur.

    1996-cı ildən isə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun direktorudur.

    Hüquq elmləri doktorudur. Üç monoqrafiya və 30-dan çox elmi məqalələrin müəllifidir.

  • (+99 412) 498-05-43

    E-mail: info@expert.gov.az

    Ünvan: Xəqani küçəsi 14,
    AZ1000, Bakı, Azərbaycan

(c) 2003 - 2011 Məhkəmə Ekspertiza Mərkəzi   |   All Rights Reserved   |   created by Azerin LLC